CƏMİYYƏT


Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 7 santimetr artıb

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqələrində suyun səviyyəsi dəyişməyib, Gəncəçay-Zurnabadda 1, Zəyəmçay-Ağbaşlarda 2, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 7 santimetr artım, Təngərüdçay-Vaqo məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 136 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 87 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 11 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 27 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 40 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.

Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 308 santimetr, su sərfi isə 78 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr azalaraq 129, Kür-Bankədə 2 santimetr artaraq 110, Araz-Novruzluda isə 1 santimetr azalaraq 56 santimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.