REGİONLAR


Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş

Lənkəran, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətində Ümumxalq Hüzn Günü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə keçirilən görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının zirvəsi olduğunu vurğulayaraq, bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığından danışıb.

Bildirilib ki, o ağır günlərdə ümummilli lider Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib və bu terror aktını təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb.

T.Qaraşov çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhidi ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Görüşdə çıxış edən 20 Yanvar şəhidi ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardımlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.