REGİONLAR
Lənkəranda 72 tam, 12 ümumi orta məktəbdə “Son zəng” çalınıb VİDEO





Lənkəran, 14 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Bu gün respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da 72 tam, 12 ümumi orta məktəbdə “Son zəng” çalınıb. Nazirlər Kabineti yanında Operatıv Qərargahın tapşırığına uyğun olaraq açıq havada valideynlərin qatılmadığı “Son zəng” tədbiləri xüsusi şərtlər əsasında keçirilib.
AZƏRTAC xəbər verir ki, saat 12:00-da başlanan tədbirlərdə respublikamızın Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
“Son zəng” mərasimində Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, bu il məktəblə vidalaşan məzunları təbrik edib, onlara müstəqil həyatlarında və gələcək təhsillərində uğurlar arzulayıb. Bildirib ki, 2020-2021-ci tədris ilində Lənkəranda 84 ümumtəhsil məktəbini 1772 şagird bitirərək məzun adını qazanıb. Ötən dərs ilində 191 şagird 200 baldan çox nəticə toplayıb. Rayon üzrə buraxılış imtahanlarında ən yüksək nəticəni isə 291 balla Liman şəhər 1 saylı tam orta məktəbin şagirdi Səfərova Arzuxanım əldə edib.
Sonra məktəblilərin hazırladığı bədii kompozisiya və rəngarəng musiqi nömrələri nümayiş olunub.