REGİONLAR


Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb

Bakı, 20 iyul, AZƏRTAC 

İyundan etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri yekunlaşaraq, ikinci nəslinə qarşı müşahidə və kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən Lənkəran şəhərətrafı 5 hektar tut bağında və Girdəni kəndinin yol kənarı 20 hektar ərazisini əhatə edən ağaclarda Amerika ağ kəpənəyinin ikinci nəslinin tırtıllarına qarşı mübarizə tədbirlərinə başlanılıb.

Vilvan İstisu qəsəbəsi, həmçinin Haftoni şəhəri ərazisində tut və müxtəlif ağaclarda 105 hektar sahədə müşahidələr aparılıb, eləcə də 40 hektar ərazidə sirayətləmə müəyyən edildiyindən kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Mexaniki mübarizə zamanı tut və müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları kəsilərək sahədən kənara çıxarılıb və yandırılma yolu ilə məhv edilib. Hazırda Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.