REGİONLAR


Lənkəranda Beynəlxalq Turizm Günü ilə bağlı sərgi açılıb

Lənkəran, 28 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Turizm İnformasiya Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə turizm sərgisi açılıb.

Sərginin açılış mərasimində rayonda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri, yerli və xarici turistlər, tələbələr iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları mərkəzin foyesində ölkəmizin cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgi, həmçinin turizm məhsullarının, əl işlərinin sərgisi ilə tanış olublar. Onlara cənub bölgəsinin turizm potensialı haqqında məlumat verilib.

Mərasimdə çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov Beynəlxalq Turizm Gününün tarixindən, ölkəmizdə, o cümlədən cənub bölgəsində bu sahədə görülən işlərdən danışıb.

Sərgidə turizm ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə viktorinalar təşkil olunub.

Yay turizm mövsümü zamanı bölgənin turizm potensialının təbliğində xüsusi fəallıq göstərən “Yaşıl çay” və “Astara çay” MMC-lərə, “Palıdlı sahil” kurort-sanatoriya mərkəzinə fəxri fərmanlar verilib.

Tədbir çərçivəsində Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən xarici turistlər və tələbələr üçün Lənkəranın görməli yerlərinə infotur təşkil olunub.

Turizm sərgisi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.