REGİONLAR


Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toy mərasimlərinə buraxılmayıb

Lənkəran, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanuna müvafiq qaydada icazə verilən şadlıq evlərində yoxlamalar aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yoxlamalar zamanı şadlıq evlərinin rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar verilib.

Şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb.

Lənkəranda son iki gün ərzində 378 nəfər “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Polis əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.