REGİONLAR


Lənkəranda Gənclər Günü qeyd olunub

Lənkəran, 2 fevral, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Olimpiya İdman Kompleksində 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ümumrayon tədbirində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri təbrik edərək ölkəmizdə və rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən danışıb.

T.Qaraşov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə uğurla həyata keçirildiyini, bu qayğı sayəsində ictimai-siyasi həyatın bütün sahələrində gənclərin rolunun artdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan gənclərinin müstəqil dövlətimizin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin tarixi irsinə, onun müdrikliklə müəyyənləşdirdiyi siyasi kursa dönməz sədaqəti, Prezident İlham Əliyevin vətənimizin tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yaxından iştirakı xalqımızda xoşbəxt gələcəyə tükənməz inam və əminlik yaradıb.

Taleh Qaraşov lənkəranlı gənclərin bundan sonra da rayonun inkişafında, daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları digər sahələrdə uğurlar arzulayıb.

Toplantıda rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib ümumrayon tədbiri konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.