CƏMİYYƏT


Lənkəranda “Hamı üçün xoşbəxt şəhər” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 29 fevral, AZƏRTAC

Əlil Təşkilatları İttifaqı Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Lənkəran şəhərində əlilliyi olan şəxslər üçün gender məsələlərini nəzərə almaqla müyəssər mühitin yaradılması üzrə ictimai maarifləndirmə, müyəssər şəhər modelinin qurulması, müyəssərlik üzrə mütəxəssislərin hazırlanması ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək göstərməkdir.

Layihənin fəaliyyət planına uyğun olaraq müxtəlif təşkilatların nümayəndələrinin iştirakı ilə fokus qrupu ilə görüş keçirilib. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli layihə və tədbir barədə iştirakçılara məlumat verərək bildirib ki, fokus qrup müzakirəsinin məqsədi Azərbaycanın şəhərlərində gender məsələlərini də nəzərə almaqla əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslər üçün müyəssərlik sahəsində mövcud vəziyyəti öyrənmək və bu sahədə olan problemlərin həll yollarını araşdırmaq üçün mütəxəssislərin rəy və tövsiyələrini almaqdır.

Tədbirdə Ombudsman aparatının sektor müdiri Müqalib Mahmudov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin baş məsləhətçisi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Fərid Kərimov və Rəna Axundova, UNEC Universitetinin İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova və başqaları çıxış edərək layihə ilə əlaqədar təkliflər veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.