REGİONLAR
Lənkəranda “Ulu öndər Heydər Əliyev milli sərvətimizdir” mövzusunda onlayn inşa-yazı müsabiqəsi keçirilir
Lənkəran, 1 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdarəsinin, Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev milli sərvətimizdir” mövzusunda onlayn inşa-yazı müsabiqəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqə mayın 6-dək davam edəcək.
Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri üzə çıxarmaqdır.
İnşa-yazı müsabiqəsində iştirak etmək istəyən şagirdlər inşalarını [email protected] elektron poçt ünvanına və ya (050) 748 68 78 vatsap nömrəsinə göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]