REGİONLAR


Lənkəranda “Xəzərimizi təmiz saxlayaq!” devizi ilə ekoloji aksiya keçirilib

Lənkəran, 28 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər dənizinin Lənkəran şəhərindəki sahilboyu ərazisində Beynəlxalq Dəniz Günü ilə əlaqədar "Xəzərimizi təmiz saxlayaq!" devizi ilə ekoloji aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı sahilboyu ərazilər məişət tullantılarından təmizlənərək xüsusi torbalarla zibil poliqonuna daşınıb.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, nazirliyin digər yerli qurumlarının, Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinin və Lənkəran Şəhər Mənzil-Kommunal İdarəsinin əməkdaşları fəallıq nümayiş etdiriblər.

Ekoloji aksiyada, ümumilikdə, 100-dən çox könüllü iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.