REGİONLAR


Lənkəranda “Xocalı qətliamı uşaqların gözü ilə” adlı sərgi açılıb

Lənkəran, 24 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı qətliamı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Reyhanə Sadıxova Xocalı faciəsinin Azərbaycanın tarixinə XX əsrin ən dəhşətli səhifələrindən biri kimi daxil olduğunu qeyd edərək, qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Xocalı soyqırımına beynəlxalq aləmdə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıb.

Sonda iştirakçılar uşaqların Xocalı soyqırımı ilə bağlı çəkdikləri rəsmlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.