Lənkəranda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib
AzerTAg.az
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 nəfər Xocalı sakininin xatirəsini yad etmək məqsədilə Lənkəranda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət etməklə Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının, YAP Lənkəran rayon təşkilatının fəallarının, idarə və təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada şəhərin Heydər Əliyev prospektində 613 ədəd sərv və küknar ağacları əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.


Xəbərin mətnində orfoqrafik səhv var