REGİONLAR


Lənkəranda açıq turnirdə 70 idmançı qələbə uğrunda mübarizə aparıb

Lənkəran, 17 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cənub Regional Boks Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əli Mehdizadənin xatirəsinə həsr olunmuş karate üzrə açıq rayon turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov, turnirin baş hakimi Yalçın Rzayev 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Əli Mehdizadənin qəhrəmanlıqlarından danışıblar.

Şəhid Əli Mehdizadənin atası Məcid Mehdizadə ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Açıq rayon turnirində lənkəranlı idmançılarla yanaşı, Bakı, Sumqayıt, Göytəpə şəhərlərini, Astara, Beyləqan və Biləsuvar rayonlarını təmsil edən 70 karate ustası qələbə uğrunda mübarizə aparıb.

Qaliblərə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.