Lənkəranda ağac kəsən şəxs cəzalandırılıb
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonunun Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı üç qızılağac ağacının kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanına göndərilib.

Xəbərin mətnində orfoqrafik səhv var