REGİONLAR
Lənkəranda atletika üzrə zona turnirinə start verilib
Lənkəran, 4 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 4-də Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinə daxil olan atletika üzrə IV zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun əsgər və zabitlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq keçirilən turnirdə Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon komandaları qələbə uğrunda mübarizə aparırlar.