REGİONLAR


Lənkəranda çəltik əkininə hazırlıq görülür

Lənkəran, 28 aprel, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində qeyri-sabit hava şəraiti Lənkəranda çəltik əkininə hazırlıq mərhələsinin gecikməsinə səbəb olsa da, ümumi işə mənfi təsir göstərməyib. Hazırda rayonun təsərrüfatlarında çəltik əkininə hazırlıq işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun iri təsərrüfatlarında çəltik əkini zamanı bütün proseslər - toxum mərhələsindən tutmuş cücərmə, şitilyetişdirmə və açıq sahəyə köçürülməyə qədər müasir texnologiyanın köməyi ilə həyata keçirilir.

Seçilmiş toxum torpağa qarışdırılaraq xüsusi kasetlərə tökülür, sonra isə cücərmə kamerasına yerləşdirilir. 26-28 dərəcə temperaturda 48 saat müddətində cücərdilir və istixanaya yerləşdirilir. Burada şitillərin boyu 5-6 santimetrə çatdıqda çöl iqliminə uyğunlaşması üçün açıq şəraitə, mayın 15-dən isə açıq sahələrə köçürüləcək.

Qeyd edək ki, bu il Lənkəranda 900 hektarda çəltik əkilməsi nəzərdə tutulub. Çəltik sahələrindən 5 min tona yaxın məhsulun istehsalı proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.