REGİONLAR


Lənkəranda çətənə yetişdirən şəxslər saxlanılıb

Lənkəran, 31 iyul, Bağır Əliyev, AZƏRTAC

Narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Vilvan kənd sakinləri T.Şükürov və E.Toqanov saxlanılıblar.

Onların Veravul kəndindəki boş torpaq sahələrindən birində kanalın içərisində aqrotexniki qulluq göstərməklə əkib-becərdikləri 80-150 santimetr hündürlüyündə, ümumi çəkisi 45 kiloqramdan çox olan 78 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.