REGİONLAR


Lənkəranda dəyirmi masa: Heydər Əliyev və Azərbaycan gəncliyi

Lənkəran, 2 fevral, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, dövlət gənclər siyasətinin formalaşmasındakı rolundan danışıb. Bildirib ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti sahəsində sabit tərəqqi təmin edilib, bu istiqamətdə milli hüquqi–qanunvericilik bazası formalaşıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxışında Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasətinin məhz 1993-cü ildən həyata keçirilməyə başlanıldığını və bu işin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, onun gənclər siyasətinin formalaşdırılmasındakı rolundan danışılıb. Qeyd edilib ki, Ümummilli Liderin təməlini qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində özünün inkişaf mərhələsini yaşayır. Ölkəmizdə vətənpərvər, dövlətinə sadiq, milli maraqları hər şeydən üstün tutan gənclik formalaşıb ki, bununla qürur duymaq olar.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri və partiyanın Lənkəran rayon təşkilatında səmərəli fəaliyyət göstərən gənclərə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.