REGİONLAR


Lənkəranda görmə qabiliyyəti məhdud olan iki şagirdin solo konserti təşkil edilib

Lənkəran, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki 1 nömrəli uşaq musiqi məktəbində görmə qabiliyyəti məhdud olan iki şagirdin solo konserti təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq musiqi məktəbinin dördüncü sinif şagirdi Nigar Şəms və ikinci sinif şagirdi Zeynəb Nəzərovanı birləşdirən təkcə onların görmə qabiliyyətlərinin məhdud olması deyil, həm də musiqidir.

Məktəbin akt zalında təşkil olunmuş konsertdə əlil qızlar xalq mahnıları, ritmik muğamlar və təsniflər ifa ediblər. Nigar və Zeynəbin ifaları alqışlarla, gül-çiçəklə qarşılanıb.

Tədbirdə çıxış edənlər gənc xanəndələrə ən xoş arzularını çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.