CƏMİYYƏT


Lənkəranda keçirilən əmək yarmarkasında 900-dən çox vakansiya təqdim edilib

Bakı, 26 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Lənkəran şəhərində təşkil edilib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 35 müəssisə iştirak edib və 900-dən artıq vakansiya təqdim edilib. Əmək yarmarkasında 1000-dən çox vətəndaş iştirak edib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.