REGİONLAR


Lənkəranda keçirilən qəbul imtahanında 1946 abituriyent biliyini sınayıb

Lənkəran, 26 iyul, Bağır Əliyev, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə Lənkəranda keçirdiyi qəbul imtahanında 1946 abituriyent iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbul imtahanı Lənkəranda üç yerdə - şəhər 2, 4 və 5 nömrəli, Sütəmurdov kənd tam orta məktəblərində keçirilib.

İmtahan prosesinin idarə edilməsinə 16 imtahan rəhbəri, 168 nəzarətçi-müəllim cəlb olunub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları isə Dövlət İmtahan Mərkəzinin internet və “Facebook” səhifələrində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.