REGİONLAR


Lənkəranda keçirilən regional seminar-müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib

Lənkəran, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Xidmətin əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayon fövqəladə hallar komissiyalarının sədrləri, polis rəislərinin müavinləri, bələdiyyələrin sədrləri, meşə təsərrüfatının, qaz paylayıcı və elektrik şəbəkələrinin nümayəndələri, ekoloqlar iştirak ediblər.

Toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Cəmil Xudiyevin mövzuyla bağlı məruzəsi dinlənilib.

Seminar-müşavirədə çıxış edənlər yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib. Həmçinin qaz təsərrüfatının istismarı dövründə yanğın, partlayış, zəhərlənmə təhlükəsinin qarşısının alınması ilə bağlı danışıb, mövcud problemlərin həlli ilə istiqamətində fikir mübadiləsi aparıblar.

Sonda “Dəm qazından ehtiyatlı olun”, “Məişətdə yanğın təhlükəsizliyi” mövzularında video-slaydlar nümayiş olunub, tədbir iştirakçılarına “Yaşayış evlərinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.