REGİONLAR
Lənkəranda keçirilən xeyriyyə aksiyasında 800-ə yaxın xəstə müayinə və müalicə olunub
Lənkəran, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasında xeyriyyə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı şəhərin və rayonun yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya və digər xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.
Təcrübəli həkimlər iki gün ərzində 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrə müalicələrini Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda davam etdirmələri tövsiyə olunub.
Rayon sakinləri humanitar aksiyanı razılıqla qarşılayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]