REGİONLAR
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində valideyn himayəsindən məhrum olmuş ailə tipli kiçik qrup evində məskunlaşmış kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edən mərkəzin direktoru Reyhanə Sadıxova uşaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. O, valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək verənlərə minnətdarlığını bildirib.
R.Sadıxova çıxışında qeyd edib ki, bu gün Azərbaycanda kimsəsiz uşaqlara diqqət və qayğı dövlət siyasətidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onlara xüsusi qayğı göstərir.
Bayram tədbiri Kosa və Keçəlin iştirakı ilə musiqili-əyləncəli oyunlar və konsert proqramları ilə davam edib.