REGİONLAR


Lənkəranda kitabxana filiallarının hesabatları dinlənilib

Lənkəran, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Mərkəzi Kitabxanasında keçirilən müşavirədə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarının fəaliyyəti müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli son aylar Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.

Müşavirədə bu ilin səkkiz ayında görülmüş işlərlə bağlı filial kitabxanalarının hesabatları dinlənilib.

Müzakirələrdə çıxış edənlər mədəniyyət sahəsində mövcud olan problemlərlə bağlı təkliflərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müşavirəyə yekun vuran idarənin rəisi Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən aparılan monitorinqin nəticələrindən danışıb. Monitorinqlərin davam etdirildiyini bildirən V.Nəsirli qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.