REGİONLAR


Lənkəranda koronavirus infeksiyası ilə mübarizə tədbirləri gücləndirilib

Lənkəran, 29 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Rayon Polis Şöbəsinin və şəhər bələdiyyəsinin əməkdaşlarından ibarət yaradılmış mobil qruplar tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik və maarifləndirmə tədbirləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhəri ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan tibbi vasitələrdən istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb.

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sakinlərə sosial məsafənin gözlənilməsinin vacibliyi, pandemiya ilə bağlı arxa cəbhədəki vəziyyətin ön cəbhə üçün də çətinliklər yarada biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən ölkəmizin bir sıra şəhər və rayonlarına, o cümlədən Lənkəran şəhərinə giriş-çıxış dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.