Lənkəranda mal-qara oğurlayan şəxs saxlanılıb
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Xanbulan kəndi ərazisindəki evlərdən birinin həyətindəki tövlədən iki baş iribuynuzlu heyvanın oğurlandığı barədə şəhər rayon polis şöbəsinə müraciət daxil olub. Həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb. Araşdırmalar nəticəsində onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindan iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı üç baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə həmin pulun müqabilində verdiyi müəyyənləşdirilib. Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var