REGİONLAR
Lənkəranda müştərilərə qəlyan xidməti göstərən restoranlar aşkarlanıb
Lənkəran, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkarlanıb.
Xüsusi karantin rejimi qaydalarının pozulduğu həmin obyektlərin icarədarları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.