CƏMİYYƏT
Lənkəranda narkotik tərkibli bitki becərən şəxslər saxlanılıb
Bakı, 18 may, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xanbulan kəndi ərazisində Bürcəli kənd sakini A.Babayevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 510 çətənə kolu aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə A.Babayevlə birgə narkotik vasitəni yetişdirən kənd sakini F.Mirzəyev də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.