CƏMİYYƏT
Lənkəranda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 21 noyabr, AZƏRTAC
Lənkəranda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində yolu keçən şəhər sakini Balqız Quliyeva Cəlilabad rayon sakini A.Camalovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Lənkəran şəhərinin ərazisində yolu keçən 12 yaşlı Nihad Kazımlı isə Nərimanabad qəsəbə sakini Əziz Abıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.
Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.