CƏMİYYƏT


Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materiallarının daşınması faktı aşkarlanıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 kubmetr həcmində meşə materialı aşkar edilib. Araşdırma zamanı meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub.

B.Məhəmmədov onu da qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.