CƏMİYYƏT


Lənkəranda qanunsuz yolla meşə materialı əldə edən şəxs cərimələnib

Bakı, 17 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Lənkəran rayonunun Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 kubmetr həcmində fıstıq və qızılağaccinsli içlik meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1769,21 manat məbləğində ziyana görə cərimə tətbiq edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.