CƏMİYYƏT
Lənkəranda sağlamlıq imkanı məhdud, eləcə də ahıl şəxslərə səyyar xidmət göstərilib
Bakı, 17 avqust, AZƏRTAC
Lənkəran regional miqrasiya idarəsi tərəfindən Maşxan və Mamusta kəndlərində, Ərçivan qəsəbəsində yaşayan sağlamlıq imkanı məhdud, eləcə də ahıl şəxslərə səyyar xidmət göstərilib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmət zamanı şəxslərə yaşadıqları ünvanlarda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.