REGİONLAR
Lənkəranda sahibkarlar üçün treninq keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranın İstisu qəsəbəsində sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqdə biznesin təşkili və səmərəli idarəsi, brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini alanlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və biznes planın tərtib olunması və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.