İQTİSADİYYAT


Lənkəranda sakinlərin təbii qazla bağlı problemləri dinlənilib

Bakı, 25 may, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran şəhərində reallaşıb.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada iştirak edən rayon sakinləri qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə Birliyin rəhbərliyinə müraciət ediblər. Şəhid atası Fədail Qafarov Lənkəran şəhəri, Digah qəsəbəsinin genişlənən hissəsinin qazlaşdırılmasını xahiş edib. Cari ilin qazlaşma proqramı barədə şəhid atasına ətraflı məlumat verilərək, müraciətin Birlik rəhbərinə çatdırılacağı bildirilib. Şəhid anası Gülşən Nuriyeva isə Şiləvar kəndində dövlət tərəfindən onun üçün inşa edilən fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik edilməsini xahiş edib. Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasının layihələndirmə mərhələsində olduğunu qeyd edərək, ən qısa zamanda mənzilin təbii qazla təmin olunması işinin başa çatdırılacağını bildirib. Digər şəhid ailəsinin üzvü Bayraməli Nəcəfov da müraciət edərək Liman şəhəri, Mais İsayev küçəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə xəttinin çəkilməsini istəyib. Vətəndaşa müvafiq sənədlərin təqdim edilməsi bildirilib.

Bundan əlavə, aksiyada qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər daxil olub. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.