CƏMİYYƏT


Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Bakı, 14 aprel, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsi şəhidləri Heydər Qənbərzadə Ağahüseyn oğlunun, Araz Həbibov Namiq oğlunun və Murad Hüseynzadə Mahmud oğlunun məzarlarını ziyarət ediblər.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, ziyarət zamanı şəhidlərin döyüş şücaətləri xatırlanıb və ruhlarına dualar oxunub.

Heydər Qənbərzadə 10 oktyabr 1997-ci ildə Lənkəran rayon Cil kəndində anadan olub. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Araz Həbibov 19 yanvar 2002-ci ildə Lənkəran rayon Cil kəndində anadan olub. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Murad Hüseynzadə 8 yanvar 1998-ci ildə Lənkəran rayon Şağlaser kəndində anadan olub. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.