REGİONLAR


Lənkəranda şəhidlərin xatirəsi ehtiramla yad edilib VİDEO

Lənkəran, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 4-də ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsində də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Saat 12:00-da bölgənin bütün şəhər və rayonlarında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Böyükbazar məscidində şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə şəhidlərin ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Azan verildikdən sonra dindarlar namaz qılıblar.

Namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Qəni Axundzadə çıxış edib.

Q.Axundzadə anım tədbirinin 44 gün davam edən Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Qələbədə əvəzolunmaz xidmətləri olan şəhidlərin xatirəsinə həsr olunduğunu bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu haqq savaşında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Qazanılan tarixi zəfər münasibətilə cəmiyyətimizin üzvləri xalqımızı, rəşadətli Ordumuzun bütün üzvlərini təbrik edir, əldə edilən xalq-dövlət həmrəyliyini yüksək dəyərləndirir, Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə rəhmət diləyirik”.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.