REGİONLAR


Lənkəranda şəhidlərin xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi keçirilib

Lənkəran, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun Nərimanabad qəsəbə tam orta məktəbində Birinci Qarabağ və Vətən müharibələrində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış məktəbin məzunlarının - Əliyev Əliağa Məhərrəm oğlu, Hüseynov Vasif Məhbub oğlu, Əmranov Asəf Zəkrulla oğlu, Kərimov Ramiz Qüdrət oğlu, Salayev Vidadi Qurbanəli oğlu və Abiyev Vasif Vaqif oğlunun xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, şəhidlərin döyüş dostları, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Tədbirdə məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Mərasim iştirakçıları məktəbin məzunu olmuş şəhidlərin xatirəsinə təşkil edilmiş muzeydə onların həyat və fəaliyyətini, döyüş yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə də tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.