REGİONLAR


Lənkəranda şeir müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub

Lənkəran, 27 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn şeir müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir həftə davam edən onlayn şeir müsabiqəsində 41 yeniyetmə və gənc istedad və bacarığını nümayiş etdirib.

Mükafatlandırma mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi Cəmil Quliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə gənclərə ətraflı məlumat veriblər.

Münsiflər heyətinin qərarına əsasən, şeir müsabiqəsinin qalibləri müəyyənləşib.

Onlayn şeir müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.

Müsabiqədə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin VII sinif şagirdi Lalə Bağırzadə birinci, Lənkəran Dövlət Universitetinin nəzdində sosial aqrar-texnoloji kollecin I kurs tələbəsi Ləman Quliyeva ikinci, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin IV sinif şagirdi Rüqəyya Nəcəfzadə üçüncü yerlərə layiq görülüblər.

Təbir iştirakçılarına, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən aprelin 20-dən mayın 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsinin keçirilməsi barədə məlumat verilib, gənclərin bu müsabiqədə fəal iştirak etmələri tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.