CƏMİYYƏT
Lənkəranda sexdə aşkarlanan oduncağın əldəedilmə mənbələri müəyyənləşdirilir
Bakı, 26 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Lənkəran rayonu ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 4 kubmetr həcmində işlik oduncaq aşkar edilib.
AZƏRTAC-ın məlumatına görə, nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov jurnalistlərə bildirib ki, işlik oduncağın əldəedilmə mənbələrini müəyyənləşdirmək və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma aparılır. Araşdırma başa çatanadək oduncaq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına daşınıb.