REGİONLAR


Lənkəranda sitrus meyvə bağlarına qənim kəsilənlər saxlanılıblar

Lənkəran, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda ayrı-ayrı şəxslərə məxsus təsərrüfatlardan dəyəri ümumilikdə 2 min manatdan artıq olan sitrus meyvələrini oğurlayan rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran rayonunun Tütəpeştə kəndi ərazisində yerləşən S.Salayevə məxsus təsərrüfatdan dəyəri 900 manat olan 3 min ədəd limon meyvələrinin oğurlanması ilə bağlı polisə müraciət edilib.

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub. Aparılan araşdırmalarla həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb. Belə ki, hər iki şəxsin rayon ərazisində əlavə olaraq daha iki təsərrüfatdan ümumilikdə 1110 manat dəyərində 2000 ədəd limon, 500 kiloqram naringi və 200 kiloqram portağal meyvələrini oğurladıqları məlum olub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.