REGİONLAR


Lənkəranda tanınmış həkim Abbas Talışinskinin yaşadığı evə xatirə lövhəsi vurulub

Lənkəran, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 29-da Lənkəran şəhərində tanınmış azərbaycanlı həkim, tibb elmləri doktoru professor Abbas Talışinskinin adını əbədiləşdirmək məqsədi ilə doğulduğu evə xatirə lövhəsi vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğalçı erməni ordusu üzərində qazandığı tarixi Qələbədən danışıb. İcra başçısı müharibədə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan lənkəranlı qəhrəmanların anılması ilə bağlı tədbirlərlə yanaşı, fədakar əməkləri ilə xalqımıza ad-san qazandırmış tanınmış şəxslərin də adlarının əbədiləşdirilməsini milli-mənəvi dəyərlərin yaşadılmasına və təbliğinə göstərilən qayğı və diqqətin nümunəsi kimi qiymətləndirib.

O, tanınmış lənkəranlı alim, tibb elmləri doktoru professor Abbas Talışinskinin doğulduğu evdə xatirə lövhəsinin vurulmasını da bu qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, məşhur həkim Abbas Talışinski Rusiya Federasiyasında çalışdığı tibb müəssisələrində yüksək biliyi və bacarığı, insanlara göstərdiyi ixtisaslı tibb xidməti, xəstələrə şəfqəti və humanist münasibətilə həmişə doğma xalqına başucalığı gətirib.

Professorun qardaşı, Əməkdar həkim, tibb elmləri doktoru professor Əzizağa Talışinski və qardaşı oğlu həkim Aydın Talışinski çıxış edərək professor Abbas Talışinskinin əməyinə verilən yüksək qiymətə və adının əbədiləşdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.