CƏMİYYƏT


Lənkəranda tank əleyhinə iki mina aşkarlanıb

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 19-da saat 09:12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində iki ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin Cənub Regional Şöbəsinin liman sahil nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Liman sahil nəzarət bölməsinin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Liman sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə iki ədəd mina (TM-62M) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.