REGİONLAR


Lənkəranda uzun illik fasilədən sonra ilk dəfə barama tədarükünə başlanılıb

Lənkəran, 6 iyun, Bağır Əliyev, AZƏRTAC

Uzun illik fasilədən sonra Lənkəran rayonunda bu il ilk dəfə barama tədarükünə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatında barama istehsalı məqsədilə 2016-cı ildə Çin Xalq Respublikasından gətirilən tut tinglərindən ibarət bağ salınıb.

Bu il isə təsərrüfatda müasir yapon-Çin texnologiyası əsasında kümxana tikilib istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər quraşdırılıb. Bina istilik və rütubət rejimini ölçmək üçün cihazlarla təmin olunub.

Mayın 4-də fermer təsərrüfatına 16 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə İrandan 1500 metr xüsusi tor gətirilib və barama saxlanan rəflərə qoyulub.

Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Bir aydan sonra təsərrüfatda yaş barama tədarükünə başlanılıb. Tədarük edilən barama “Şəki İpək” ASC-yə təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.