REGİONLAR


Lənkəranda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilib

Lənkəran, 1 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şaxta baba və Qar qız uşaqları Yeni il bayramı münasibətilə təbrik edərək, onları hədiyyələrlə sevindiriblər.

Uşaqlar müxtəlif uduşlu, əyləncəli oyunlarda bilik və bacarıqlarını göstəriblər.

Musiqiçilərin çıxışları uşaqlara xoş ovqat bəxş edib. Onlar Şaxta baba və Qar qızla birlikdə Yolka ətrafında dövrə vuraraq mahnı və rəqslər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.