REGİONLAR


Lənkəranda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yay düşərgəsinə start verilib

Lənkəran, 4 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinə start verib.

AZƏRTAC xəbər verir ki, düşərgədə Osman Mirzəyev adına qarışıq tipli Uşaq evindən və 2 nömrəli Ailə tipli kiçik qrup evində yaşayan 35 yeniyetmə və gənc iştirak edir.

Düşərgənin ilk gününə Lənkəran Nömrə 1 Psixoloji Mərkəzin klinik psixoloqu Nigar Sadıqova uşaqlarla şəxsi inkişaf planı haqqında danışaraq bildirib ki, istədiyimiz sahələrdə özümüzdən ən yaxşı nəticələr əldə etməyimizə kömək etmək üçün planın olması vacibdir. Sonra gənclərin vətənpərvərlik tərbiyəsinin təmin edilməsi məqsədilə yeniyetmə və gənclərlə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev və Vətən müharibəsi qaziləri söhbətlər aparıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirtmək məqsədilə müxtəlif əyləncəli oyunlar təşkil edilib.

Qeyd edək ki, düşərgənin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğını hiss etdirmək, eləcə də onların cəmiyyətə adaptasiyasını təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.