REGİONLAR


Lənkəranda vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib

Lənkəran, 29 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 29-da Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhda tərbiyəsi və informasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda onlayn tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, onlayn tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Famil Məmmədov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Səksən nəfər gəncin qatıldığı onlayn tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin çağırış və tövsiyələrinə uyğun olaraq bu gün müharibə şəraitində olan Azərbaycan Respublikasının dövlət maraqlarının qorunmasında və ölkəmizin taleyüklü məsələlərinin həllində hər bir vətəndaşın aktiv şəkildə fəal iştirakının vacibliyini bildiriblər.

Çıxış edənlər, həmçinin böyüməkdə olan gənc nəslin milli ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasının hər zaman dövlət siyasətimizin ən öndə vəzifələrdən biri olduğunu diqqətə çatdırıblar.

Onlar gənclərə çağırış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə ölkəmizin maraqları naminə çağırışlarda, eləcə də Gənclər və İdman Nazirliyinin, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı torpaqlarımızın işğal faktı ilə əlaqədar təbliğat kampaniyasında fəal iştirak etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.