REGİONLAR
Lənkəranda xüsusi karantin rejimi qaydalarını pozan daha iki obyekt aşkarlanıb
Lənkəran, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən 1 çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, 1 “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkarlanıb.
Həmin obyektlərlə bağlı 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.