REGİONLAR


Lənkəranda xüsusi karantin rejimi qaydalarını pozan daha iki obyekt cərimələnib

Lənkəran, 23 fevral, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evində xüsusi karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərildiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.