REGİONLAR


Lənkəranda xüsusi karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb

Lənkəran, 30 iyul, Bağır Əliyev, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olan xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və altı müştəri Lənkəran Rayon Polis Şöbəsinə dəvət olunub. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Qanun pozuntusuna yol vermiş digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar cərimə olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.